
Misli Premyer Liqasında bu gün bir oyun keçiriləcək.
Fanat.Az xəbər verir ki, 1-ci turdan təxirə salınmış tur çərçivəsində "Qarabağ" ilə "Sabah" üz-üzə gələcəklər.
Masazırda baş tutacaq görüş prinspiallıq vəd edir. Belə ki, qələbə qazanacaq tərəf liderlik taxtında möhkəmlənəcək.
Son vaxtlar yaxşı formada olan, liderdən cəmi 2 xal geri qalan "bayquşlar" ev oyunundan qalib ayrılacağı təqdirdə zirvəni özününküləşdirəcək. "Qarabağ" üçünsə 3 xal qış çempionluğunun rəsmiləşdirəcəyi anlamındadır.
Pronsipial qarşılaşmanı FİFA referisi Elçin Məsiyev idarə edəcək.
Misli Premyer Liqası
1-ci turun oyunu
18 dekabr
19:30. “Sabah” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Tural Qurbanov, Asiman Əzizli.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Masazır. “Bank Respublika Arena”.