
Ukraynalı mütəxəssis Roman Qriqorçukun yeni iş yeri bəlli olub.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolsevərlərə "Qəbələ" ilə "Neftçi"nin baş məşqçisi kimi tanış olan mütəxəssis "Çernomorets"ə qayıdıb.
Bu barədə Ukrayna təmsilçisinin rəsmi saytı məlumat yayıb.
61 yaşlı mütəxəssisin müqaviləsinin müddəti 2027-ci ilin iyununa kimi nəzərdə tutulub.
Qeyd edək ki, Roman Qriqorçuk 2010-2014 və 2021-2024-cü illər aralığında da Odessa klubunun baş məşqçisi olub.