
Mövsümün ikinci yarısına hazırlığını davam etdirən 1-ci Liqa təmsilçisi "Baku Sportinq" yeni transfer reallaşdırıb.
Bu barədə Fanat.Az-a komandanın məşqçisi Röyal Nəcəfov məlumat verib:
"Yeni mərkəz müdafiəçisi ilə heyətimizi gücləndirməyə çalışmışıq. "Şimal"dan Fərid Nağıyev ilə müqavilə imzalamışıq".
Qeyd edək ki, paytaxt təmsilçisi bu həftə Qanadan olan gənc cinah müdafiəçisi Con Anaademi də heyətinə cəlb edib.
"Baku Sportinq" 1-ci Liqanın turnir cədvəlində 25 xalla 2-ci pillədə qərarlaşıb. Lider "Şəfa"nın isə 30 xalı var.
Mirağa