
Türkiyənin "Fənərbağça" klubunda ayrılıq reallaşıb.
Fanat.Az xəbər verir ki, hücumçusu Yussef En-Nesiri İstanbul təmsilçisi ilə vidalaşıb.
Tərəflər qarşılıqlı razılıq əsasında 2029-cu ilə qədər bağlanan müqaviləyə xitam veriblər.
28 yaşlı hücumçu 2024-cü ilin yayından İstanbul təmsilçisinin formasını geyinirdi.
Mərakeşli futbolçunun karyerasını Səudiyyə Ərəbistanında və ya Rusiyada davam etdirəcəyi yönündə xəbərlər var.