
I Liqa təmsilçisi "Cəbrayıl" qış fasiləsindən sonrakı ilk matçına ehtiyat qapıçısı olmadan çıxıb.
Fanat.Az-ın məlumatına görə, buna səbəb bölgə təmsilçisinin ümumiyyətlə ikinci və ya üçüncü qapıçısının olmamasıdır.
Cavid Hüseynovun başçılıq etdiyi komanda 20 yaşlı Emil Həbibovun ümidinə qalıb. Fərman Bayramovun qış fasiləsində "Qaradağ Lökbatan"a üz tutmasından sonra qarabağlılar boşluğu doldura bilməyiblər. Baxmayaraq ki, komanda qış fasiləsində 4 transfer edib. Meydan oyunçuları Həsən Hüseyn, Dinamin Bağırov, Hüseyn Hüseynov və Turqut Mustafazadəni heyətinə qatan "Cəbrayıl" qapıçı transferini "unudub".
Qeyd edək ki, 13 oyunda 13 xal əldə edən "Cəbrayıl" hazırda turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Mirağa