
"Benfika"nın baş məşqçisi Joze Mourinyu yayda klubundan ayrılaraq milli komandanın sükanı arxasına keçə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı ESPN yayıb.
Mənbənin məlumatına görə, Portuqaliya futbolunun rəhbərliyi onu milli komandanın baş məşqçisi vəzifəsinə dəvət etməyi düşünür. Təklif Roberto Martinesin müqaviləsi bitdikdən sonra veriləcək. Martinesin müqaviləsinin müddəti 31 iyul 2026-cı ilə qədərdir. 63 yaşlı Mourinyunun Lissabon klubu ilə hazırkı müqaviləsi isə 2027-ci ilin iyun ayına qədər qüvvədə olacaq.
Portuqaliya yığması Dünya Çempionatına uğurla vəsiqə qazanıb. Pireneylilər 6 oyunda 13 xal toplayaraq F qrupunda birinci yeri tutublar. Komanda finala mərhələsinə Macarıstan, İrlandiya və Ermənistanın olduğu qrupdan yüksəlib.
Bu, Portuqaliya millisinin mundialda ardıcıl yeddinci dəfə iştirak etməsi deməkdir. Qarşıdan gələn 2026-cı il turniri 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.