
İspaniyanın üçüncü liqasında çıxış edən "Kartaxena" klubu qeyri-adi vəziyyətlə üzləşib.
Fanat.Az xəbər verir ki, yeni məşqçi ilə anlaşan Primera təmsilçisi Federiko Ariasın işləmək üçün müvafiq lisenziyasının yoxluğundan məlumatsız olub.
"Onda Regional de Murcia"nın məlumatına görə, bu, yalnız müqavilə imzalandıqdan sonra, lakin məşqçinin təqdimatından əvvəl üzə çıxıb. Klub rəhbərliyi əvvəllər İngiltərədə "Sauthempton"da oynamış 46 yaşlı argentinalı məşqçi ilə nə edəcəyini bilmir. Hələlik komandaya əvəzedicilərin məşqçisi Raul Qilyen rəhbərlik edir.
"Kartaxena" İspaniya üçüncü liqasında on üçüncü yerdədir.