19:30 28.02.2026 800

Ayxan Abbasov PFL-ə cavab verdi

Misli Premyer Liqasının 21-ci turu çərçivəsində baş tutan "İmişli" - "Şamaxı" oyunundan sonra qonaqların baş məşqçisi Ayxan Abbasov Quba Olimpiya Kompleksinin stadionunun qapı dirəklərinin standarta uyğun olmadığını açıqlamışdı. Təcrübəli mütəxəssisin geniş müzakirəyə səbəb olan bu açıqlamasına PFL-in reaksiyası da birmənalı qarşılanmamışdı. Qurum Abbasovun bu məqamı qabartmasını "qeyri-etik" adlandırmışdı. 

Fanat.Az "Şamaxı"nın çalışdırıcısından həm irad bildirdiyi məqamla bağlı, həm də PFL-in məsələyə reaksiyasına münasibət öyrənib:

"Çox təəssüflənirəm ki, PFL mənə cavab verdi. Çünki məndən qabaq orada oynayan komandaların bütün məşqçiləri etiraz etmişdi. Məndən də sərt danışmışdılar. Hətta bəziləri demişdi ki, bu meydançanı niyə qəbul ediblər? Təəssüf ki, PFL-dən reaksiya gəlməmişdi. Səhv etmirəmsə, etik normaları pozduğumu deyiblər. Harada pozmuşam, onu axtarıram. Neçə gündür axtarıram, amma tapa bilmirəm. Belə reaksiya verdikləri üçün təəssüflənirəm. Həmin oyunda top iki dəfə qapı dirəyinə dəydi. Qapıçı ilə danışdıqda topu normal hiss etdiyini dedi, eyni zamanda reaksiya göstərdi və top dirəyə dəydi. 12 santimetr torpaq töküb problemi aradan qaldırırlarsa, biz hara gedirik? Başqa bir məqam deyim. Futbolçuları da fikirləşib deyirəm. Bəhlul Mustafazadənin "Nyukasl"la oyundakı zədəsi Quba stadionundan başladı. Milli komandanın üzvüdür. 6 ay futbol oynamayacaq. Hər şeyə fikir verməliyik. Mən də çox şey danışa bilərəm, çox arqumentlərim var. Meydançamızı təmizləməyə görə bizə minnət edirlər. Nə vaxt PFL gəlib bizə meydança təmizləyib? Qarda da oynamışıq. Bizə deyiblər ki, bu gün oynamasaz, reqlamentə görə sabah oynamalısız. Amma başqaları sabah oynamadı. Belə şeylərə cavab verməsinlər. Biz nə demişik ki? Dərd orasındadır ki, orada oynayan bütün komandalar o qapıya etiraz ediblər. Biz günahkar axtarmırıq, istəyirik ki, düzələk. Öz komandama da deyirəm. İşıqlandırma olmalıdır, imkan olsa meydançanın ot örtüyü dəyişdirilməlidir. Bunu "Turan Tovuz"da işləyəndə də deyirdim. Yavaş-yavaş inkişaf etməliyik. Amma biz geriyə gedirik. Və buna "don geyindiririk". Nə vaxt sözümüz olsa, deyərik, heç kimdən çəkinəcəyimiz bir şey yoxdur. PFL çıxıb cavab versin ki, etikanı harada pozmuşam? Məndən əvvəl danışan məşqçilərin sərt açıqlamalarına cavab verərdilər. Niyə vermədilər?"

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 Avqust 2026
15:06

İkinci Liqanın bölgə komandaları Bakıda qarşılaşacaqlar

14:47

Pedro Bikalyonun son vəziyyəti bəlli oldu

14:28

Leau Türkiyəyə gəlmir - Yeni klubu da bəllidir

14:10

Azərbaycan Üzgüçülük Federasiyası Boro Ştrumbellə əməkdaşlığa başladı

13:52

Toral Bayramov İstanbul klubuna keçir?

13:34

Əliyar Ağayev Mahir Emrelinin komandasının oyununa təyinat aldı

13:16

MOİK-də yeni məşqçi

12:58

Aslan Kərimov: "Kim kiçik səhvlərdən istifadə etməyi bacarsa, turu keçən tərəf olacaq"

12:33

"Sabah" geridönüş etməyi bacaran komandadır" - Vaqif Sadıqov

12:19

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:04

"Gəncə" 2 oyunçu ilə anlaşdı

11:46

"Fənərbağça" bu müdafiəçi ilə də yollarını ayırır

11:28

"Real Madrid" "Lill"in təklifini rədd etdi

11:10

"Qalatasaray" seneqallı vinger üçün transfer məbləğini artırdı - SON DURUM

10:51

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:30

ÇL: Pley-off mərhələsinin ilk 3 qalibi müəyyənləşir

10:09

Türkiyəli ulduzun ayağı sındı

09:48

"Sabahın Ulduzları": "Neftçi" ilə "Sabah"dan qələbə, "Qəbələ" darmadağın oldu - Fotolar/Nəticələr

09:25

"Beşiktaş" axtardığı oyunçunu İspaniyada tapdı

09:00

ÇL: "Sabah" Liqa mərhələsinə vəsiqə uğrunda son sınağa çıxır

01:25

Premyer Liqa: "Çelsi" 3 xalı 3 qolla qazandı

01:18

"Mənim üçün böyük qürur, həm də böyük məsuliyyətdir" - Elgiz Kərəmli

00:55

A Seriyası: "Roma" darmadağına sevindi

00:51

Vasile Bitlan Azərbaycan klubuna keçdi - FOTO

00:33

Super Liqa: "Kocaelispor"dan inamlı qələbə

24 Avqust 2026
23:52

Kamil karyerasını "Yuventus"da davam etdirəcək

23:09

Millimiz Rumıniya yığmasını məğlub etdi

22:47

"Leyptsiq" 21 yaşlı hücumçunu transfer edir

22:22

"Neftçi"ni mərhələdən edən Vardanyan Türkiyə yolunda

21:53

AÇ: Niderland seçməsi Portuqaliyanı məğlub edib

21:05

"Mançester Yunayted" "Arsenal"ın gənc ulduzunu istəyir

20:46

"Sabah" "Hapoel Ber-Şeva" matçına hazırlaşır: Açıq məşq keçirildi

20:23

"Vurduğum 6 qol üzərimdə təzyiq yaratmır" - Velko Simiç

20:10

Valdas Dambrauskas "Hapoel"lə matçdan əvvəl nə danışdı?

19:47

"Çelsi" "Yuventus"un ulduzuna göz dikdi

19:12

"Fənərbağça" keçmiş müdafiəçisini qaytarır

18:47

Kamran Xappayev Avropa birinciliyində bürünc medal qazanıb

18:13

"Tvente"nin bəhanəsi hazırdır: "Qarabağ" istirahət edir, biz isə..."

17:43

"Qalatasaray" Demiroviçə ilk təklifini göndərdi

17:24

"Beşiktaş" "Yuventus"un ulduzunu hədəfə aldı

Facebookdan bizi izləməyi unutmayın.
X