
"Real" İspaniya çempionatının 26-cı turunun son oyununda "Xetafe"yə məğlub olub (0:1).
Fanat.Az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Alvaro Arbeloa nəticədən məyus olduğunu bildirib.
İspaniya nəhənginin rəsmi saytı mütəxəssisin sözlərini belə çatdırıb:
"Düşünürəm ki, rəqibdən daha çox şansımız oldu. Amma futbol şanslarla deyil, qollarla bağlıdır. Rəqibimiz bizi heç təəccübləndirmədi: onlar tam gözlənildiyi kimi oynadılar.
Bu məğlubiyyətə görə günahkar mənəm. Oyunçuları günahlandırmayacağam. İnkişaf etmək imkanımız var, amma məsuliyyət mənimdir. Məqsədimiz qalan 36 xalı qazanmaqdır. Növbəti matçda "Selta"ya qarşı qalib gəlməliyik. Heç kim təslim olmayacaq. İspaniya çempionatı bitdimi? Xeyr, xeyr, sona qədər mübarizə aparacağıq. Fərq cəmi dörd xaldır, bərpa etmək mümkündür".
Məğlubiyyət nəticəsində, bu turda qələbə qazanan "Barselona" ilə xal fərqi dörd xala çatıb.