
"Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı liqasında "Əl-Feyha"ya qarşı matçda zədələnib.
Fanat.Az xəbər verir ki, məlumatı superulduzun klubu yayıb.
"Əl-Nəsr"in mətbuat xidməti portuqaliyalıya bud əzələsindən zədə diaqnozu qoyulduğunu bildirib. O, artıq reabilitasiya proqramına başlayıb və vəziyyəti hər gün qiymətləndiriləcək.
Qeyd edək ki, ötən gün mətbuatda Ronaldunun ailəsi ilə birgə şəxsi təyyarəsi vasitəsilə Madridə uçduğu barədə xəbər yayılmışdı. Bunun İranın Yaxın Şərqə hücumları ilə bağlı olduğu bildirilmişdi. AS nəşri futbolçunun ailəsini İspaniyaya yola saldığını, özünün isə Səudiyyə Ərəbistanında qalıb zədəsini sağaltmaqla məşğul olduğunu idda edib.
Kriştianu Ronaldu 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir. Onun müqaviləsinin müddəti 30 iyun 2027-ci ilə qədərdir. Portuqaliyalı hücumçu bu mövsüm Səudiyyə Ərəbistanı klubunda bütün yarışlarda 26 oyun keçirib, 22 qol vurub və 4 məhsuldar ötürmə edib.