
ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdə davam edən hərbi münaqişə fonunda İranın 2026-cı il dünya çempionatında iştirakı ilə bağlı fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "USA Today" belə çatdırıb:
"Buna görə narahat deyiləm. Mənə həqiqətən də fərqi yoxdur. Onların turnirdə iştirakına mane olmaq niyyətim yoxdur. Düşünürəm ki, İran çox ciddi məğlubiyyətə uğrayıb. Onlar çətinliklə tab gətirə bilirlər".
Qeyd etmək lazımdır ki, İran DÇ-2026-da G qrupuna düşüb. ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi turnirdə onların rəqibləri Belçika, Misir və Yeni Zelandiya olacaq.
Mundial 11 iyun - 19 iyul tarixləri arasında keçiriləcək.