16:48 04.03.2026 795

"Kəpəz"ə "günahı olmayan daş atsın"

Son günlər yenə ölkə mediasının gündəmində olan "Kəpəz" barədə müxtəlif yazılar yazılır, fikirlər səsləndirilir. Mövzu tələbkar azarkeşi və titulları ilə hazırki çıxışı arasında uyğunsuzluq olan "Kəpəz"dirsə, mətbuatın klubu daim diqqətdə saxlaması təbiidir. Bu, jurnalistikanın təbiətində olan prosesdir – səslənən iddialar müzakirə edilir, ictimailəşdirilir.

Lakin diqqət çəkən məqamlardan biri mediadan kənar bir şəxsin də klubla bağlı məsələlərə sərt münasibət bildirməsi oldu. Söhbət millət vəkili Müşfiq Cəfərovdan gedir. O, sosial şəbəkə hesabında Gəncə təmsilçisinin indiki rəhbərliyini kəskin tənqid edib. Millət vəkili paylaşımında yeni rəhbərliyin idarəçiliyinə şübhə ilə yanaşdığını açıq şəkildə ifadə edib. 

"Kəpəz"i ən çox tənqid edənlərdən biri biz olmuşuq. İradlarımızın bir çoxunda da haqlıyıq. Ancaq nəzərə alsaq ki, “Kəpəz”in əvvəlki dövründə Cəfərov İdarə Heyətində təmsil olunub, müəyyən suallar yaranır. Bu yerdə "günahı olmayan daş atsın" deyimi yerinə düşür. Axı cənab Cəfərovun toxunduğu problemlər ötən il daha qabarıq şəkildə öz əksini tapırdı. Sabiq funksionerin dövründə idarəçilik daha yaxşı idisə, niyə bu problemlər əvvəlki illərdə öz həllini tapmırdı?

Ötən mövsümə qədər klubda çalışmış bəzi şəxslər də məhz millət vəkilinin vasitəsi ilə vəzifəyə gətirilmişdilər. Biri elə Cabir İbrahimov. Uzun illər əvvəl çalışmış İbrahimovun icraçı direktor və Akademiya direktoru vəzifələrinə irəli çəkilməsi Müşfiq müəllimin dövrünə təsadüf edir. Görünür ki, sabiq funksioner onu klubdan, proseslərdən uzaq salan indiki rəhbərliyə acıqlıdır və iradlarını emosiyalara qapılaraq səsləndirir.   
 
Məsələ həm də yalnız bir klub ətrafında polemika deyil. Söhbət Gəncədə idman idarəçiliyi, xüsusilə futbol sahəsində yanaşmalardan gedir. Nəzərə alsaq ki, Cəfərovun klubun dirçəlməsinə dəstək üçün "əli uzundur", imkanları genişdir, gerçək "Kəpəz"li kimi davranmaqla daha çox rəğbət qazanar, nəinki indi haqlı-haqsız iradlar səsləndirmək. Bu, kənardan elə də yaxşı görünmür, cənab Cəfərov.   

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2026
15:12

"Neftçi"nin əvəzedici komandasının qapıçısı elita klubunda

14:53

"Səbail"dən ayrılan Voronsov bu kluba keçdi

14:36

Əvəzedicilər Liqasının reqlamentində dəyişiklik ediləcək - Çempionat nə vaxt başlayacaq?

14:14

Portuqaliyalı mərkəz müdafiəçisi Misli Premyer Liqasında çıxış edəcək

13:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:34

Bəxtiyar Həsənalızadə "İmişli"də - RƏSMİ

13:14

İsveçrə - Kolumbiya matçının ən yaxşı futbolçusu bəllidir

12:56

Murat Yakın: "Futbolçularımız sona qədər uğur qazana biləcəklərinə inanırdılar"

12:37

AÇ: Azərbaycan millisi Ukrayna ilə üz-üzə

12:01

"İmişli"dən daha bir transfer

11:43

"Səfər matçı Bakıdakı kimi keçməyəcək" - Arif Əsədov "Sabah"dan nə gözləyir?

11:24

"Futbolçularımla fəxr edirəm" - Kolumbiya millisinin baş məşqçisi

11:08

"Şəfa" yenə "əl dəyişdi"

10:50

"Real"dan göndərilən Arbeloa İPL komandasının baş məşqçisi oldu - RƏSMİ

10:32

"Marafon" Novruz Məmmədovla Pərviz Qaraxanovun ardından onunla da anlaşdı - SON DURUM

10:11

Konfrans Liqası: "Zirə" Gürcüstan təmsilçisi ilə qarşılaşır

09:48

"Çox kövrəlmişəm" - Lionel Skaloni

09:25

"Sabah"ın ÇL qələbəsi Azərbaycana nə qazandırdı? - REYTİNQ

09:00

DÇ-2026: 1/4 finalın bütün cütləri bilindi

02:50

DÇ-2026: İsveçrə seçməsi 1/4 finalda

01:21

Dünya çempionatları tarixində Messi kimisi olmamışdı

00:42

Misir nağılını yarımçıq qoyan Messi matçdan sonra nə danışdı?

00:17

"FIFA Messinin turnirdən kənarlaşdırılmasını istəmir"

07 İyul 2026
23:50

Argentina - Misir matçının ən yaxşı oyunçusu bəlli oldu

23:24

"Cavab qarşılaşmasında digər futbolçuların gücündən yararlanacağıq"

22:33

Lionel Messi Maradonanı geridə qoydu

22:05

Tanqo davam edir: Argentina Misiri tərki-Si(a)lah etdi

21:54

ÇL: "Sabah" azarkeşlərini inamlı qələbə ilə sevindirdi

21:08

AMADA və Qış İdman Növləri Federasiyası dopinq əleyhinə onlayn təlim təşkil etdi

20:41

"Gəncə" Sona Atayeva ilə yeni müqavilə imzaladı

20:14

"Sabah" basketbolçusu ilə yollarını ayırdı

19:39

"Çətin qarşılaşma olacaq" - "Zirə"nin kapitanı

19:03

Rəşad Sadıqov "Torpedo" ilə matçdan əvvəl nə danışdı?

18:47

Namazov sələfini uğurlu sayır - "Mövsümə yaxşı start verə bilsək..."

17:32

"Araz-Naxçıvan" Əhmədzadə ilə müqavilə yenilədi - RƏSMİ

17:28

Cavid Hüseynov getdi, "Cəbrayıl"da "yarpaq tökümü" başladı

17:14

"Şəfa"dan ayrılan Nəsibov özünə iş yeri tapdı

16:58

Xəyal Əliyev mükafatlandırıldı

16:51

"Səbail"dən növbəti transfer

16:40

"Mingəçevir"lə vidalaşan Ramiz Məmmədov bu komandaya baş məşqçi təyin edildi

Facebookdan bizi izləməyi unutmayın.
X