
FİFA referimiz Əliyar Ağayev Küveytdən Azərbaycana dönə bilmir.
Fanat.Az xəbər verir ki, Küveyt kubokunun oyunlarına dəvət olunan təcrübəli hakim İranın Yaxın Şərqi, o cümlədən sözügedən ölkəni bombalaması səbəbindən arzuolunmaz vəziyyətlə üzləşib.
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov saytımıza açıqlamasında son duruma aydınlıq gətirib:
"Küveyt tərəfi kubokun 1/4 oyunlarına görə bizdən hakim istəmişdi. Biz də təcrübəsini nəzərə alıb Əliyarı ora göndərdik. Təəsüflər olsun ki, oyunlar müharibə gününə təsadüf etdi. Yəni heç oyun idarə etməmiş bu hadisələr yaşandı.
Əliyar hələ gözləmə mövqeyindədir. Küveyt aeroportu işləmir. Tərəfimizdən Səudiyyə Ərəbistan səfirliyinə müraciət olunub, onlardan kömək gözləyirik".
Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. İran buna qarşılıq olaraq, qonşu ölkələrdəki ABŞ bazalarına cavab zərbələri endirir.
Mirağa