
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Nyukasl"ın və Almaniya millisinin hücumçusu Nik Voltemeyde "Barselona"nın maraq dairəsinə düşüb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Football365" yayıb.
Mənbənin məlumatına görə, mümkün transferin təşəbbüskarı Kataloniya komandasının baş məşqçisi Hans-Diter Flikdir. Almaniyalı mütəxəssis klubun idman direktoru Dekoya yay transfer pəncərəsi zamanı həmyerlisini transfer etməyi tapşırıb. Voltemade mövsümün sonunda "Barselona"dan ayrılacağı gözlənilən Robert Levandovskinin potensial əvəzedicisi kimi nəzərdən keçirilir.
Mümkün transfer kataloniyalılara 70-90 milyon avro arasında başa gələ bilər.
Nik Voltemeyde 2025-ci ildə "Ştutqart"dan "Nyukasl"a 75 milyon avroya keçib. Alman hücumçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin iyul ayına qədərdir.
Voltemade bu mövsüm "Nyukasl"ın heyətində bütün turnirlərdə 42 oyunda iştirak edib, 10 qol vurub və 4 məhsuldar ötürmə edib. O, "Qarabağ"la həm Bakıda (6:1), həm də İngiltərədə (3:2) qələbə qazandıqları görüşlərdə start heyətində yer alıb.
Mirağa