
Braziliyanın “Flamenqo” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Bildirilib ki, vakant posta portuqaliyalı Leonardu Jardim təyin olunub. Tərəflər arasında anlaşmanın müddəti 2027-ci ilin sonuna qədər qüvvədə olacaq.
51 yaşlı çalışdırıcı “Flamenqo”da bu həftə istefaya göndərilən Felipe Luisin yerini tutub. Sonuncu komandanın “Madureyra” üzərində 8:0 hesablı qələbəsindən (?!) sonra istefaya göndərilmişdi.
Jardim əsasən “Monako”dakı uğurlu nəticələri ilə tanınır.