
İngiltərə Çempionşipində pley-off mərhələsində iştirak edən komandaların sayı artırılıb.
Fanat.Az xəbər verir ki, İngiltərə Futbol Liqasının rəsmi saytında bu barədə qərar qəbul edildiyi açıqlanıb.
Məlum olduğu kimi, Çempionşipdən hər il üç komanda Premyer Liqaya yüksəlir. Çempionatda birinci və ikinci yeri tutanlar birbaşa Premyer Liqaya yüksəlir. Üçüncü vəsiqənin sahibi pley-off vasitəsilə verilir. İndiyə qədər pley-offa dörd komanda - üçüncüdən altıncı yerə qədər olanlar - yarışırdı. Yeni qərara görə, 2026/27 mövsümündən başlayaraq pley-offda altı komanda yarışacaq.
Dəqiq format bu ilin sonunda razılaşdırılacaq. Bununla belə, bildirilib ki, pley-off mərhələsi hazırkı kimi beş oyundan yox, yeddi oyundan ibarət olacaq.