12:57 13.03.2026 6505

"Sumqayıt" - "Şamaxı" oyununa müəmmalı təyinat

Premyer Liqanın 22-ci turunun mərkəzi oyununda - "Qarabağ" – "Sabah" qarşılaşmasında yaşananların müzakirəsi iki həftədir davam edir. Sanki "gözəgörünməz əl" məqsədli şəkildə başverənlərin gündəmdən düşməsini istəmir. "Qarabağ" və "Sabah"ı bir-birinə az qala düşmən edən, AFFA-nı futbol ictimaiyyəti ilə üz-üzə qoyan, tənqid və təzyiqlərlə üzləşməsinə səbəb olan şəxs "xəmirə su qatmaq"da davam edir...

Əslində, idman prinsipləri baxımından yaşanan insidenti normal qəbul etmək mümkündü. Mərkəzi oyunlarda, prinsipial komandaların qarşılaşmalarında bu kimi dava-dalaş olur. Sadəcə, insident əndazəni aşanda İntizam Komitəsi AFFA nümayəndəsinin raportu əsasında cəza mexanizmini işə salır, günahkar(lar)la bağlı ölçü götürülür. Ancaq "Qarabağ" – "Sabah" oyunundan sonrakı iclasda nə bakılıların məşqçisi Valerio Zuddas, nə də hadisənin digər iştirakçıları cəzalanmadı. Xüsusilə qeyri-etik jest edən Zuddasın diskvalifikasiya olunmaması ictimaiyyətin narazılığına səbəb oldu. Onsuz da "Qarabağ" - "Sabah" mübarizəsində ikinciləri üstə çəkməyə çalışdığı barədə iradlarla üz-üzə olan AFFA-nın açıqlaması "odun üstünə benzin tökdü". Məlum oldu ki, sözügedən matçda nümayəndə olan Emin Cəfərov insident barədə raporta heç nə qeyd etməyib. Belədə İntizam Komitəsi o boyda həngamə barədə ölçü götürmək üçün "sübut" tapa bilməyib. 
İctimaiyyətin təzyiqlərindən sonra araşdırma aparan qurum növbəti iclasında sərt cəzaları açıqladı. Rəqibin ehtiyat skamyasına qeyri-etik jest edən "Sabah"ın məşqçisi Valerio Zuddas 7 oyunluq cəzalandı. Onun davranışına görə "Sabah" 15 min manat cərimələndi. 
"Qarabağ"da isə Qurban Qurbanovun iki köməkçisi - Müşfiq Hüseynov və Zaur Tağızadə kütləvi davada iştirak etdiklərinə görə hər biri 6 oyunluq diskvalifikasiya edilidlər. "Qarabağ" onların hər birinə görə 6 min (cəmi 12 min) cərimə ödəyəcək...   

Məsələni bağlanmış hesab etmək olardı. Di gəl, atılan növbəti addım, verilən qərar ehtirasları yenidən oyatmağa əsas verir. Təsəvvür edin, "Qarabağ" - "Sabah" oyununun nümayəndəsi Emin Cəfərov Premyer Liqaya növbəti təyinatını alıb. O, bu gün baş tutacaq "Sumqayıt" - "Şamaxı" oyununda eyni funksiyanı yerinə yetirəcək. Halbuki, elə Zuddas qədər günahkar olan (bu, sübuta yetirildi) Cəfərov bir neçə turluq uzaqlaşdırılmağı haqq edirdi. Raportunu "ağ saxlayan", əlbəyaxa dava həddinə çatan insidentlə bağlı bir kəlmə qeyd etməyən bu şəxs "Qarabağ"ın, "Sabah"ın, AFFA-nın imicinə zərbə vurduqdan sonra yenidən təyinat alırsa, haqlı sual yaranır: O, niyə cəzalanmır? Ümimiyyətlə, təyinatı kim yazır? AFFA ilə futbol ictimaiyyətinin üz-üzə qoyulması kimə sərf edir? 

Bu yerdə "Kərəmi ağlamaq tutur". AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri olan Emin Cəfərov toxunulmaz statusunu əbəs yerə almır. O, sabiq baş katib, hazırda FİFA-da səlahiyyət sahiblərindən olan Elxan Məmmədovun dövründə AFFA-da yüksək post tutmuş şəxsin qohumudur. Yəni göründüyü kimi, Məmmədov heç cür Azərbaycan futbolunun "iplərini əlindən buraxmaq istəmir". Baş verən son olay da məhz Məmmədovun "dəyirmanına su tökür". 
İşin ən maraqlı cəhəti bilirsiz, nədir? Emin Cəfərov 13-cü turda baş tutan "Şamaxı" - "Sumqayıt" oyununa da AFFA səlahiyyətlisi kimi təyinat alıb. (Təsadüfə bax ki, yenə eyni komandaların duelinə təyinat verilir!(?) Hansı ki, o, baş məşqçilər Saşa İliç və Ayxan Abbasov arasında insidentin şahidi olub. Amma indikindən fərqli olaraq, raportunda bütün təfsilatı qeyd edib. Nəticədə hər iki məşqçi sərt cəzalandırılmışdı. Bu dəfə "görməzdən gəlməsi"ndə məqsəd məhz "Sabah"ı "topun ağzına qoymaq", çempionatdakı mübarizə ilə bağlı şübhə toxumu səpmək deyil, bəs nədir? 
"Ya zəlzələdən, ya vəlvələdən", AFFA-nın yeni rəhbərliyinin qazanmağa çalışdığı imic korlanır və buna ilk növbədə assosiasiya özü müdaxilə etməli, "boyunduruq"dan xilas olmalıdır. Emin Cəfərova, ona cəza verməyə ürək etməyənlərə, yeni təyinat verənlərə qarşı ölçü götürülməlidir. 

Əli Sahib

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 Sentyabr 2026
17:50

Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək

17:31

Luis Enrike: "Yeganə neqativ məqam buraxdığımız qoldur"

17:13

"Qalatasaray" üzərində qələbənin şərhi: "Oyuna 25 dəqiqə gec başladıq"

16:55

Kondruseviç "Naxçıvan"a baş məşqçi təyin edildi

16:35

"Rafinya və Lamini belə görmək çox xoşdur" - Flik ÇL-dəki darmadağını dəyərləndirdi

16:19

Ferran Torres: "Oyundan öncə heç vaxt het-trik edəcəyini gözləmirsən"

16:01

Alleqri: "İndi ümidsizliyə qapılmağın mənası yoxdur"

15:42

Rusiyada Murad Musayevdən yaxşısı tapılmadı

15:24

Simeone "Liverpul"a məğlubiyyətdən sonra nə danışdı?

15:06

MY ilə oyunöncəsi "Sabah"dan maraqlı paylaşım - VİDEO

14:47

Hakimləri təhqir edən Emilə ağır cəza

14:29

Azər Məmmədov bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:11

Hələ ÇL tarixində belə ispaniyalılar olmamışdı

13:52

"Sabah"ın oyunu təxirə salındı

13:34

UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası MY-yə qarşı

13:16

"Gəncəli azarkeşləri oyuna dəvət edirəm"

12:58

Renat Dadaşov Ukrayna klubunda - RƏSMİ

12:40

"Beşiktaş"ın sabiq yarımmüdafiəçisinin Azərbaycan klubuna keçidi reallaşdı

12:22

"Fənərbağça"nı çox güclü komanda kimi görürük" - Qasperini

12:03

Füzuli Məmmədov "Karvan-Yevlax" üzərində inamlı qələbəni belə şərh etdi

11:44

Buruk: "Üzgünük, amma ayağa qalxacağıq"

11:25

"Sabah" addan, azarkeşdən və "Old Trafford"dan çəkinməyəcək - Vaqif Sadıqov

11:06

Elhad Nəziri: "Gəncədə qələbə qazanmaq istəyirik"

10:48

"Kəpəz"in qonağı olacaq "Qəbələ"də itki varmı?

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

ÇL: Liqa mərhələsində ilk tura yekun vurulur

09:48

“Sabahın Ulduzları": Tura darmadağınlarla yekun vuruldu - FOTOLAR/NƏTİCƏLƏR

09:25

1-ci Liqa: "Səbail" "Mingəçevir"i, "Gəncəbasar" "Xankəndi"ni qəbul edir

09:00

ÇL: "Sabah" "Mançester Yunayted" ilə çətin sınağa çıxır

02:09

Valdas Dambrauskas "Mançester Yunayted"lə matçdan əvvəl nə danışdı?

00:58

ÇL: "Qalatasaray" "Sportinq"ə məğlub oldu, "Barselona" darmadağına sevindi

09 Sentyabr 2026
23:56

"Qalatasaray" ulduz futbolçusu ilə bağlı qərarını verdi

23:08

"Trabzonspor" Arda Turanı gətirmək istəyir

22:36

Mauro İkardi "Atletiko Mineyro"nun radarında

21:43

"Klub Amerika" David Alabanı transfer etmək istəyir

21:13

Entoni Marsial "Malaqa"ya təklif olunub

20:42

"Gəncə"də yeni təyinat

20:12

Lionel Messi İspaniya klubunu satın alır

19:36

I Liqa: "Şahdağ Qusar" "Karvan-Yevlax"ı məğlub etdi

19:17

Azərbaycan millisi Moldovaya məğlub oldu

Facebookdan bizi izləməyi unutmayın.
X