
Misli Premyer Liqasının 27-ci turuna Yevlaxda start veriləcək. Açılış oyununda "Karvan-Yevlax"la qarşılaşacaq "Kəpəz"in meydana neçə itki ilə çıxacağı bəlli olub.
Bu barədə Fanat.Az-a "sarı-göylər"in sözçüsü Gəray Qiyasov məlumat verib:
"Kapitan Dioqo Verdaska sarı vərəqə cəzalısıdır. Məqsəd İsayev zədə səbəbindən bugünkü qarşılaşmanı kənardan izləyəcək. Zədəli Ryonosuke Ohorinin də böyük ehtimalla komandaya kömək edə bilməyəcəyi gözlənilir".
"Karvan-Yevlax" – "Kəpəz" qarşılaşmasının start fiti 15:30-da səslənəcək. Hazırda Gəncə komandası 21 xalla turnir cədvəlində 10-cu yerdədir.
Mirağa