
Azərbaycan I Liqasında XXII tur start götürüb.
Fanat.Az xəbər verir ki, turun ilk günündə iki oyun keçirilib.
MOİK Binədə "Zaqatala"nı qəbul edib. "Hərbçilər" bölgə təmsilçisi ilə görüşdə 3 xala sevinib.
"Şahdağ Qusar" ilə "Cəbrayıl"ın Şamaxıda baş turan duelində isə qalib müəyyənləşməyib.
Turun qalan üç oyunu keçiriləcək.
Azərbaycan I Liqası
XXII tur
15 aprel
MOİK – “Zaqatala” 2:1
Qollar: B.Soltanov, 8. S.Fərəcov, 28 - R.İsmayılov, 18.
“Şahdağ Qusar” – “Cəbrayıl” 0:0