
Can Pyer Qasperininin "Roma"da baş məşqçi kimi gələcəyi şübhə altındadır.
Fanat.Az xəbər verir ki, bu barədə "Sports" məlumat yayıb.
Mənbənin məlumatına görə, italiyalı mütəxəssisin gələn mövsüm də baş məşqçi kimi qalmaq üçün irəli sürdüyü tələblər səbəbindən klub rəhbərliyi ilə münasibətlər gərginləşib.
Məşqçinin əsas şərtləri arasında idman direktoru Klaudio Ranyeri ilə əməkdaşlığın dayandırılması və daim qarşılıqlı əlaqədə ola biləcəyi yeni bir funksionerin təyin edilməsi də var. Bundan əlavə, Qasperini komandanın transfer siyasətinə tam nəzarət etməkdə israr edir.
Məşqçi həmçinin hesab edir ki, rəqabətə davamlı olmaq üçün "Roma" heyətini ən azı üç və ya dörd səviyyəli oyunçu ilə gücləndirməlidir.
Klub təklif olunan şərtlərlə razılaşmasa, Qasperini karyerasını İtaliyadan kənarda davam etdirmək üçün variantları nəzərdən keçirməyə hazırdır.
O, 2025-ci ilin yayından bəri "Roma" komandasına rəhbərlik edir.
Mirağa