
Səudiyyə Ərəbistanında tarixi bir hadisə baş verə bilər.
Fanat.Az xəbər verir ki, "Əl-Nəsr" klubu Kriştianu Ronaldonun 15 yaşlı oğlunu gələn mövsümdən etibarən komandanın əsas heyətinə cəlb etməyi düşünür .
"Al Weeam" qəzetinin məlumatına görə, klub oğul-Ronaldunun performansını yüksək qiymətləndiri. O, hazırda "Əl-Nəsr"in gənclər komandasında hücumçu kimi oynayır.
Ona maraq klubdan kənarda da artır. Junior Ronaldu Avropanın ən yaxşı klublarının - "Real Madrid", "Yuventus" və "Mançester Yunayted" akademiyalarında oynayıb.
Bundan əlavə, 2025-ci ilin oktyabr ayında o, Portuqaliyanın 16 yaşadək futbolçulardan ibarət komandasına ilk dəfə çağırılıb və bu ilin mart ayında "Real Madrid"in gənclər komandası ilə məşq edib.
"Əl-Nəsr" Kriştianu Ronaldunu ən azı bir mövsüm komandada saxlamağa ümid edir və bu, ata və oğulun birlikdə meydana çıxdıqları unikal bir anın şahidi olmaq şansı yaradır.
Portuqaliyalı superulduz bu mövsüm 30 matça çıxaraq 26 qol vurub və 4 məhsuldar ötürmə edib.
"Əl-Nəsr" 76 xalla liqada liderdir.
Mirağa