
Özbəkistan futbolunun iki istedadlı oyunşusu - Sadriddin Xasanov və Sayfiddin Sadikov karyeralarını Portuqaliyada davam etdirəcəklər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Insides from Karp"" Telegram" kanalı yayıb.
Məlumata görə, Xasanov və Sadikov "Braqa"da çıxış edəcəklər. Onlar 2026-cı ilin yayında, 18 yaşları tamam olduqda Portuqaliya komandasına qoşulacaqlar. Transfer bir illik icarə əsasında, həmçinin satın alma hüququ ilə həyata keçiriləcək.
Müqavilədə Xasanovun "Braqa"ya 250 min avro (və ya 3,41 milyard Özbəkistan sumu), Sodiqov üçün isə 300 min avroya (4,1 milyard sum) başa gəldiyi bildirilib. Yekunda bbu seçim aktivləşdirilərsə, hər iki hücumçu yeni klubları ilə beş illik müqavilə imzalayacaq.
Xasanov və Sadıkov Qətərdə keçirilən FIFA U-17 Dünya Kubokunda Portuqaliya klubunun diqqətini çəkiblər.
Xatırladaq ki, Xasanov 17 yaşadək futbolçular arasında Asiya Kubokunda Tayland, Çin, Şimali Koreya və Səudiyyə Ərəbistanını məğlub edərək turnirin ən yaxşısı seçilib. O, turnirdə 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Vinger Sadıkov isə Asiya Kubokunda və Dünya Kubokunda 10 oyunda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.
Mirağa