
"Mançester Siti"nin mərkəz müdafiəçisi Con Stounz qarşıdan gələn transfer pəncərəsində klubunu dəyişəcək.
Fanat.Az xəbər verir ki, "Tuttusport" artıq onun yeni klubunu da açıqlayıb.
Mənbələrin məlumatına görə, oyunçunun nümayəndələri onun xidmətlərini "Yuventus"a təklif ediblər. Turin klubu tezliklə azad agent ola biləcək 31 yaşlı ingilislə müqavilə bağlamağı planlaşdırır. Tərəflər arasında danışıqlara start verilib.
Eyni zamanda, İngiltərə Premyer Liqasının iki klubu da onunla maraqlanır.
Stounz 2016-cı ildən "Mançester Siti"də oynayır. O, "Everton"dan 55,6 milyon avroya transfer olunub. Bu müddət ərzində o, 292 oyunda meydana çıxıb, 19 qol vurub və 9 məhsuldar ötürmə edib.