
"Barselona" yay transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün hərəkətə keçib.
Fanat.Az xəbər verir ki, Kataloniya nəhəngi Bernardu Silva və Pedru Netunu heyətinə qatmağı düşünür.
"Mundo Deportivo" nun məlumatına görə, "Mançester Siti"nin 31 yaşlı yarımmüdafiəçisi Bernardu ilə "Çelsi"nin qanad oyunçusu Pedrunu transfer etmək üçün büdcə hazırlayır. Əslində, Silva yayda azad agent olacaq. O, "şəhərlilər"lə bitməkdə olan müqavilə müddətini uzatmağı planlaşdırmır. Təcrübəli yarımmüdafiəçi son illərdə dəfələrlə kataloniyalıların qısa siyahılarında yer alıb.
"Transfermarkt" tərəfindən 60 milyon avro dəyərində qiymətləndirilən Pedru Netuya gəldikdə, London nəhəngi bu mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməsə, o, klubunu dəyişəcək.