
"Koventri"nin baş məşqçisi Frenk Lempard "Çelsi"yə qayıdışı ilə bağlı şayiələrə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, ingilis mütəxəssis karyerasında mühüm rol oynayan London klubu ilə əlaqəsinə baxmayaraq, hazırda bütün diqqətini hazırkı komandasına yönəltdiyini bildirdi.
Tanınmış insayder Fabritsio Romano sosial media hesabı üzərindən Lempardın fikirlərini belə çatdırıb:
"Çelsi" həyatımın böyük bir hissəsidir, amma indi bu, onların problemidir. Mənim işim, marağım burada, "Koventri"dədir. Burada işimdən məmnunam və komandanın bu mövsüm qazandığı nəticələrlə fəxr edirəm. Düşünürəm ki, "Koventri" azarkeşləri sadəcə indiki vəziyyətimizdən məmnundurlar. Əla mövsüm keçirdik və bunun bir hissəsi olduğum üçün həqiqətən qürur duyuram və xoşbəxtəm. Burada etdiyim işi sevirəm".
Xatırladaq ki, "Koventri"nin baş məşqçisi Frenk Lempard cari Çempionşip mövsümünün ən yaxşı məşqçisi seçilib.