
"Şamaxı" ilə son turun oyununda zədələnərək erkən əvəzlənən "Sabah"ın legioneri Timoteuş Puxaçın durumuna aydınlıq gəlib.
Klubun sözçüsü Elnur Həmidovun Fanat.Az-a verdiyi açıqlamaya görə, polşalı artıq müayinə olunub:
"Müayinə nəticəsində Puxaçın zədəsinin ciddi olmadığı bilindi. Amma onun "Kəpəz"lə oyunda meydana çıxıb-çıxmayacağı hələ bəlli deyil. Buna həkimlər və məşqçilər korpusu qərar verəcəklər".
"Sabah" sona 4 tur qalmış artıq ölkə çempionluğunu rəsmiləşdirib. "Bayquşlar" 31-ci tur çərçivəsində "Kəpəz"lə 8 mayda "Bank Respublika Arena"da qarşılaşacaq.
Mirağa