
"Nyukasl"ın müdafiəçisi Lyuis Mayli mövsümün qalan hissəsində oynaya bilməyəcək.
Fanat.Az xəbər verir ki, məlumatı "sağsağanlar"ın mətbuat xidməti yayıb.
Futbolçunun ayağı sınıb. Mayli sağ ayağında fibula sümüyünü sındırıb. Futbolçu xəsarəti ötən gün məşq zamanı alıb. İngilis futbolçunun mövsümöncəsi məşqlərə başlamazdan əvvəl komandaya qayıtması gözlənilir.
Qeyd edək ki, Mayli bu mövsüm bütün turnirlərdə "Nyukasl"ın heyətində 34 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
"Nyukasl" Premyer Liqada hazırda 45 xalla 13-cü yerdədir.