
"Mançester Yunayted"in və İngiltərə millisinin əfsanəsi Ueyn Runi Çempionlar Liqasının yarımfinalında "Atletiko Madrid"i yenərək finala adlayan "Arsenal"ı tənqid edib.
Fanat.Az xəbər verir ki, o, Mikel Arteta və oyunçularını "Emirates"də tarixi gecə keçirərkən qələbəni həddindən artıq qeyd etməkdə günahlandırıb.
"Prime Video Sport" Runinin fikirlərini belə çatdırıb:
"Onlar bu mövqedə olmağa layiqdirlər, amma hələ heç nə qazanmayıblar. Düşünürəm ki, bu şənliklər və emosionallıq həddindən artıqdır. Budapeştdə hələ final var".
"Arsenal"ın keçmiş baş məşqçisi Arsen Venger də "Emirates"dəki oyunsonrası atmosfer barədə danışıb. "beIN Sport"-a danışan əfsanəvi mütəxəssis komandaya xəbərdarlıq edib:
"Bu gecə qələbəni gözəl qeyd edirlər - bu normaldır. Amma istəyirəm ki, onlar finala və növbəti oyuna diqqət yetirsinlər. Bayrama layiq olsalar da, indi növbəti addım finala çıxmaq və onu qazanmaqdır".
Xatırladaq ki, "Arsenal" mayın 30-da Budapeştdə keçiriləcək finalda "Bayern Münhen" - PSJ cütünün qalibi ilə üz-üzə gələcək.
Mirağa