
"Aston Villa"nın baş məşqçisi Unai Emeri komandasının Avropa Liqasının yarımfinalının ikinci oyununda "Nottinqem Forest"ə qalib gələrək (4:0) finala adladıqları görüşü şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini klubun mətbuat xidməti belə çatdırıb:
"Xüsusi bir gün idi, azarkeşlər bunu başa düşdülər və inanılmaz bir atmosfer yaratdılar. Onlar bizimlə oynadılar, enerjilərini, istəklərini ötürdülər. Bu turnirdə qalib gəlmək çox vacibdir. İstanbulda finalda oynamaq xüsusi bir şeydir. Biz buna necə nail olduğumuzla fəxr edə bilərik. İndi qələbədən, finaldan və oyuna hazırlıqdan zövq ala bilərik. "Finaldakı rəqibimiz "Frayburq"a hörmətlə yanaşmalıyıq. İndi bütün oyunçular hazır olmalı, meydanda göstərdikləri motivasiyaya sadiq qalmalıdırlar".
“Aston Villa” və “Frayburq” arasında final oyunu mayın 20-də İstanbulda təşkil olunacaq.
Mirağa