
Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulur.
Fanat.Az xəbər verir ki, turun son günündə 3 matç baş tutacaq.
Əvvəlcə “Turan Tovuz” doğma meydanda “Karvan-Yevlax”ı qəbul edəcək. Saat 17:00-da başlayacaq qarşılaşmanı Premyer Lİqada debüt oyununa təyinat alan Əkbər Əhmədov idarə edəcək.
Tur Bakıda başa çatacaq. "Neftçi" evində "Şamaxı"nı qonaq edəcək. Dördüncü yerdə qərarlaşan "ağ-qaralar" bölgə təmsilçisini məğlub edə bilsə, mövqeyini möhkəmləndirə biləcək.
Qeyd edək ki, turun digər görüşlərində "Sabah" "Kəpəz"ə (0:1), "Araz-Naxçıvan" isə "Sumqayıt"a (1:2) uduzub. "İmişli" – "Zirə" (0:0) və "Qəbələ" - "Qarabağ" (1:1) matçlarında qalib müəyyənləşməyib.
Misli Premyer Liqası
31-ci tur
10 may
17:00. “Turan Tovuz” – “Karvan-Yevlax”
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz Əhmədov
VAR: Elçin Məsiyev, Namiq Hüseynov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tovuz. Şəhər stadionu.
19:30. “Neftçi” – “Şamaxı”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Rövşən Rəcəbov
VAR: Rəşad Əhmədov, Müslüm Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Bakı. “Palms Sports Arena”.
