
Ötən mövsüm elitanı tərk edərək I Liqaya yuvarlanan, bu mövsüm isə geri dönə bilməyən "Səbail"də dəyişikliklər qaçılmazdır. Hədəfinə çatmayan komandanın baş məşqçisi Adil Şükürov və futbolçulardan bir neçəsinin göndəriləcəyi gözləniləndir. Bəs mümkün dəyişikliklər nə vaxt açıqlanacaq?
Bu barədə Fanat.Az-a məlumat verən Bayıl klubunun icraçı direktoru Firuz Abdulla belə deyib:
"Hələ konkret hansı dəyişikliklərin olacağına qərar verilməyib. Yaxın on gün, uzağı iki həftə ərzində klubdaxili toplantı olacaq. Bir araya gəlib qərar verəcəyik. Həmin görüşdə bütün suallara aydınlıq gələcək".
Qeyd edək ki, "Səbail" mövsümü 3-cü yerdə başa vurub və liderdən 7, pley-offa vəsiqə qazanan "Mingəçevir"dən isə 1 xal geri qalıb.
Mirağa