
“Səbail”də baş məşqçi dəyişikliyi reallaşıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bakı klubu Adil Şükürovla yollarını ayırmağa qərar verib.
Premyer Liqaya vəsiqə öhdəliyini yerinə yetirə bilməyən 48 yaşlı mütəxəssislə işbirliyinin davam etdirilməsinə ehtiyac duyulmayıb.
Artıq yeni baş məşqçisinin kimliyi də böyük ölçüdə bəllidir. Komandanın baş məşqçisi vəzifəsi "Şahdağ Qusar"dan ayrılan Elnur Abdullayevə həvalə olunacaq. Tərəflərin artıq razılığa gəldiyi, təyinatın tezliklə açıqlanacağı gözlənilir.
Toğrul