
"Real Madrid"in prezidentliyə namizədi Enrike Rikelme seçki kampaniyası zamanı "Mançester Siti"nin hücumçusu Erlinq Holandın "müqaviləsində bir bənd olduğunu və "Real Madrid"ə qoşulmaq istədiyini" açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu açıqlama dərhal bütün dünya nəşrlərinin səhifələrində peyda olub.
Nəticədə ulduz forvardın atası Alfi Holand və agenti Rafaela Pimenta Rikelmenin dediklərinə reaksiya vermək məcburiyyətində qalıblar.
Tanınmış insayder Fabritsio Romano norveçlinin birgə açıqlamasını belə çatdırıb:
"Bütün bunlar çox maraqlıdır, amma doğru deyil. Hər iki namizədə "Real Madrid" prezident seçkilərində uğurlar arzulayırıq".
Xatırladaq ki, "Real Madrid"də prezident seçkiləri iyunun 7-də keçiriləcək.
Mirağa