
Peşəkar Futbolçular Assosiasiyası 2025/26 mövsümü üçün "İlin Oyunçusu" mükafatına namizəd olan altı oyunçunun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Premyer Liqanın yeni çempionu "Arsenal"ı namizədlər siyahısında üç oyunçu təmsil edir.
Söhbət qapıçı David Raya, müdafiəçi Qabriel Maqalyaes və yarımmüdafiəçi Deklan Rays.
PFA Oyunçularının İlin Oyunçusu mükafatına həmçinin, "Mançester Siti"dən yarımmüdafiəçi Rayan Şerki və hücumçu Erlinq Holand, eləcə də "Mançester Yunayted"in kapitanı Brunu Fernandeş də namizəd göstərilib.
21 məhsuldar ötürmə edən Fernandeş 2025/26 mövsümü üçün Premyer Liqanın "İlin oyunçusu" mükafatını qazanıb. O, həmçinin Futbol Yazıçıları Assosiasiyası (FWA) tərəfindən də ən yaxşı seçilib.
PFA Oyunçularının "İlin oyunçusu" mükafatı İngiltərə futbolunda ən nüfuzlu fərdi mükafat hesab olunur, çünki onu futbolçular özləri müəyyənləşdirirlər. Oyunçular artıq səslərini veriblər və qalib 25 avqustda Mançester Opera Teatrında keçiriləcək PFA Mükafatlandırma mərasimində elan ediləcək.
Mirağa