
"Mançester Siti" Ceremi Doku ilə yeni müqavilə imzalamağa yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı insayder Nikolo Skira yayıb.
Mənbənin məlumarına görə, tərəflər əməkdaşlığın uzadılması ilə bağlı praktik olaraq razılığa gəliblər. Belçikalı cinah oyunçusunun yeni müqaviləsinin 2031-ci ilin yayına qədər dövrü əhatə esəcəyi gözlənilir.
Müqavilənin müddətini uzatmaqla yanaşı, İngiltərə klubunun rəhbərliyi futbolçunun maaşını da artırmağı planlaşdırır.
"Mançester Siti" 24 yaşlı belçikalıya klubun uzunmüddətli layihəsinin vacib bir hissəsi kimi baxır. Ceremi ötən mövsüm 47 matçda 8+14 qol+assist edib.