
Tanınmış rusiyalı çalışdırıcı Sergey Yuran "SKA-Xabarovsk" klubunun baş məşqçisi vəzifəsindən ayrılıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"SKA-Xabarovsk"ın sosial media paylaşımına görə, məşqçi klub rəhbərliyinə onu vəzifəsindən azad etmək xahişi ilə müraciət edib. Ailə səbəblərinə görə istefa xahiş edən mütəxəssisin müracitəinə hörmətlə yanaşılıb.
Xatırladaq ki, Xabarovsk komandası Rusiya 1-ci Liqasında çıxış edir. Son mövsümdə komanda 42 xal toplayaraq turnir cədvəlində 12-ci yeri tutub.
Vaxtilə Azərbaycan klubu "Simurq"u çalışdırmış 56 yaşlı mütəxəssisin əvvəlki iş yeri Türkiyənin "Serikspor" klubu olub. O, sözügedən komandadan ötən payız ayrılıb.
Mirağa