
"Real Madrid"də keçirilən prezident seçkilərinin nəticələri açıqlanıb.
Fanat.Az xəbər verir ki, 79 yaşlı Florentino Peres səslərin 65 faizini qazanıb.
Klubun rəsmi saytının məlumatına görə, onun namizədliyinə 21741 səs verilib.
İspaniya klubunun digər prezidentliyinə namizədi, iş adamı Enrike Rikelme isə 11814 səslə cəmi 35 faiz səs toplayıb.
Beləliklə, Peres 2030-cu ilə qədər kluba rəhbərlik edəcək. Bu, onun ardıcıl səkkizinci müddətə rəhbərliyi olacaq.
Əvvəlcədən Peresin seçkilərdə qalib gələcəyi halda, Joze Mourinyunun "Real Madrid"in məşqçisi olacağı elan edilmişdi. Bundan başqa, İspaniya nəhəngi artıq "Liverpul"dan müdafiəçi İbrahima Konate və "İnter"dən Denzel Damfris ilə müqavilə imzalayıb.
Mirağa