
Ötən mövsüm elitanı tərk edərək I Liqaya yuvarlanan, bu mövsüm isə geri dönə bilməyən "Səbail" klubunda istefalar reallaşıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bayıl klubunun idarəetməsində çalışan şəxslər postlarından ayrılıblar.
Söhbət klubun icraçı direktoru Firuz Abdulla, baş direktor Zamiq Hüseynov və mətbuat sözçüsü Rəşad Məmmədovdan gedir.
"Dənizçilər"in sponsorsuz, yalnız AFFA-dan ayrılan maliyyənin ümidinə qalması onları bu addımı atmağa vadar edib.
Mayın 17-22-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) cəlb olunan Zamiq Hüseynov bu günlərdə klubdakı işini birdəfəlik tərk etdiyini təsdiqləyib.
Qeyd edək ki, "Səbail" mövsümü 3-cü yerdə başa vurub və liderdən 7, pley-offa vəsiqə qazanan "Mingəçevir"dən isə 1 xal geri qalıb.
Mirağa