
İspaniyanın "Jirona" klubunun ukraynalı hücumçusu Vladislav Vanat karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, "Trabzonspor" 24 yaşlı futbolçuya böyük maraq göstərir.
"Sport.es"-in məlumatına görə, Super Liqa təmsilçisi futbolçunun transfer şərtləri ilə bağlı "Jirona"ya rəsmi sorğu göndərib.
Kataloniya təmsilçisi futbolçunu satmağa hazırdır. La Liqadan düşdükdən sonra klub maliyyə itkilərini azaltmaq üçün liderini satmağı düşünür. İspaniyanın "Betis" və "Vilyarreal" klubları da Vanatla maraqlanır.
Qeyd edək ki, Vanat 2025/26 mövsümündə bütün yarışlarda "Jirona"da 29 oyun keçirib, 10 qol vurub və 2 məhsuldar ötürmə edib. Hücumçu aprelin əvvəlində aldığı bud əzələsindən zədə səbəbindən mövsümün sonunu buraxıb.
"Trabzonspor" ötən mövsüm Türkiyə Super Liqasında üçüncü yeri tutub və Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Mirağa