
Tanınmış italiyalı məşqçi, ölkəsinin əfsanəvi futbolçularından olan Alessandro Nestanın yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Avellino" rəsmi saytında onun baş məşqçi təyinatını elan edib.
50 yaşlı mütəxəssislə 2028-ci ilin ortalarına qədər - iki mövsümlük müqavilə imzalanıb.
"Avellino" İtaliyanın B Seriyasında çıxış edir. Komanda ötən mövsümü səkkizinci yerdə başa vurub.
Alessandro Nesta "Montsa"nın baş məşqçisi vəzifəsindən ayrıldıqdan sonra bir ildir klubsuz idi.
Mirağa