
Azərbaycanı Konfrans Liqasında təmsil edəcək "Neftçi" daha bir futbolçusu ilə yollarını ayırmağa qərar verib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, yarımmüdafiəçi Elvin Camalov "ağ-qaralar"a lazım olmayıb.
Onun Bakı təmsilçisi ilə müqaviləsində "+1" bəndi nəzərdə tutulsa da, klub anlaşmanı uzatmaq istəməyib.
Camalov son mövsüm Misli Premyer Liqasında cəmi 11, Azərbaycan Kubokunda isə 1 matça çıxıb.
"Neftçi" "Şamaxı"dan Rüfət Abbasovu heyətinə qatıbsa, Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin və Murad Məmmədovla yollarını ayırıb.
Mirağa