
"Şamaxı" yay hazırlıqlarına gələn ay başlayacaq. "Aslanlar"ın təlim-məşq toplanışı iyulun 11-də Qəbələdə start götürəcək və avqustun 4-nə qədər davam edəcək. Bölgə təmsilçisi hazırlıq zamanı 4 yoxlama oyunu keçirməyi planlaşdırır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, rəqiblərdən birinin kimliyi dəqiqləşib.
Növbəti mövsümün hazırlıqlarını ölkə daxilində keçirəcək "Şamaxı"nın gücünü sınayacağı rəqiblərdən biri "Qəbələ" olacaq. Yeni baş məşqçi Azər Bağırov son görüşlərdən birini məhz "qara-qırmızılar"la keçirməyi planlaşdırır.
Xatırladaq ki, "Şamaxı" son mövsüm çempionatı 8-ci yerdə başa vurub. Baş məşqçi Ayxan Abbasov ilə yanaşı, "Şamaxı"nı 17 futbolçu - Karim Rossi, Rüfət Abbasov, Emil Süleymanov, Ramiz Muradov, Davud Mansumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandeş, Andrey Tırkovyanu, Arsen Ağcabəyov, Rafael Məhərrəmli, Vladislav Veremeyev, Nihat Mehrəlıyev, Bilal İsmayılov, Sezar Enrike, Alfons Mabula Msanqa, Dioqu Balau - tərk edib.
Mirağa