
"Kristal Pelas"ın keçmiş baş məşqçisi Oliver Qlasnerin yeni iş yeri böyük ölçüdə bəllidir.
Fanat.Az xəbər verir ki, mövsümün sonunda A Seriyasını 5-ci yerdə bitirən və UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməyən "Milan"ın baş məşqçi Massimiliano Alleqrini 51 yaşlı mütəxəssislə əvəzləməyə hazırlaşır.
"Rossonerilər" bu mövsüm ingilisləri UEFA Konfrans Liqasının çempionluğuna daşıyan Qlasnerin əsas şərtini yerinə yetirməyə razılıq verib - klubun transferlərinə və "dərin" proseslərə nəzarət etmək.
"Milan" məşqçiyə 2028-ci ilə qədər müddətə qədər və hər mövsümə 4 milyon avro maaş + daha bir il uzatmaq imkanı ilə müqavilə təklif edib.
Keçidin yaxın günlərdə həll olunacağı gözlənilir.
Mirağa