
"Bayer Leverkuzen"in və Əlcəzair millisinin hücumçusu İbrahim Maza komandasının 2026-cı il dünya çempionatında Argentinanı məğlub edə biləcəklərinə inanır.
Fanat.Az xəbər verir ki, 20 yaşlı futbolçu "Goal"-a açıqlamasında son dünya çempionu və onun lideri Lionel Messiyə meydan oxuyub:
"Dünya çempionatınnda yaxşı çıxış etməliyik. Argentinayla matç çox vacib olacaq. Onlar bizi çox təhrik edirlər, amma sakit olmalı, əlimizdən gələni etməli və ağıllı oynamalıyıq. İnşallah, Messini məğlub edəcəyik. Baxaq, görək nə olur".
Qeyd edək ki, Əlcəzair və Argentina milli komandaları DÇ-2026-nın qrup mərhələsinin ilk turunda qarşılaşacaqlar. Oyun iyunun 17-də keçiriləcək.
Mirağa