
"Mançester Yunayted" 6 futbolçusu ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, İngiltərə nəhəngi bunu rəsmi saytı vasitəsilə açıqlayıb.
Müqavilələrinin müddəti bitdiyinə görə Ceydon Sanço, Kazemiro və Tirell Malasia komandadan göndərilib.
Bundan başqa, "Mançester Yunayted" akademiyanın üç oyunçusunun - Sonni Alcoffri, Ceyms Beyli və Malaçi Şarpın ayrılığını da elan edib.
Xatırladaq ki, Sanço 2021-ci ildən, Kazemiro və Malasia isə 2022-ci ildən bəri "qırmızı şeytanlar"da oynayırdı.