
"Şaxtyor"un yetirməsi olan Artyom Rıbak "Barselona" ilə ilk peşəkar müqaviləsini imzalayıb.
Fanat.Az xəbər verir ki, məlumatı Kataloniya klubunun mətbuat xidməti yayıb.
16 yaşlı ukraynalı futbolda ilk addımlarını vətənində, Donetsk "Şaxtyor"unun uşaq komandalarında atıb. Rusiya ilə müharibə başladıqdan sonra Ukraynanı tərk etmək məcburiyyətində qalıb. O, ilk olaraq Polşada qalıb, oradan 2022-ci ilin yayında "Barselona"ya dəvət alıb.
Rıbak ötən mövsüm "Barselona"nın U-16 komandasında oynayıb. Ötənilki FIFA Klublararası Dünya Kubokunda parlayıb. Turnirin finalında həlledici qolu vuran Rıbak kataloniyalılara nüfuzlu kuboku qazandırıb.
Artyom Rıbak Ukraynanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının oyunçusudur və artıq 6 rəsmi oyunda iştirak edib.
Mirağa