
Azərbaycanlı veteran futbolçu, “Neftçi”nin əfsanəvi hücumçularından olan Samir Ələkbərov I Liqa klubuna baş məşqçi təyin edilib.
Fanat.Az xəbər verir ki, 57 yaşlı mütəxəssis "Baku Sportinq"i çalışdracaq.
Məlumatı paytaxt klubunun mətbuat xidməti yayıb.
Azərbaycan millisinin keçmiş üzvü 2019-cu ildən "Baku Sportinq"dədir. O, Buzovna təmsilçisinin akademiyasında koordinator vəzifəsində çalışırdı.
Ələkbərov daha əvvəl "Neftçi", "Xəzər Lənkəran", "Sumqayıt" və "İrəvan" klublarında, o cümlədən, U-21 millimizdə çalışıb.