
"Barselona"nın keçmiş yarımmüdafiəçisi və məşqçisi Xavi "Barsa Əfsanələri" komandasından kənarlaşdırılıb.
Fanat.Az xəbər verir ki, məlumatı AS nəşri yayıb.
Mənbənin məlumatına görə, əfsanəvi futbolçu komandanın Mayami və Seulda keçiriləcək son iki oyun üçün heyətinə daxil edilməyib.
Xavinin uzaqlaşdırılması "Barselona"da builki prezident seçkilərində Joan Laportaya qarşı mövqeyi ilə əlaqədardır. O, sonda hazırkı prezidentə uduzan Viktor Fontu dəstəkləyib.
"Barsa Əfsanələri" komandasının qurulmasına məsul şəxs məhz Laportanın kürəkəni və müttəfiqi Alexandro Eçevarriyadır. Hansı ki, Xavi seçkilər zamanı Eçevarriyanı da "Barselona"nı effektiv şəkildə yönəltməkdə və vaxtilə işdən çıxarılması qərarına təsir göstərməkdə ittiham etmişdi.
Xaviyə məlumatı Dekonun keçmiş işçisi, hazırda isə klubun veteranların oyununun təşkilatçısı Luis Sa zəng edib. O, Xaviyə turnirdə iştirakının arzuolunmaz olduğu və Seuldakı oyun üçün namizədliyinin rədd edildiyini çatdırıb. Keçmiş futbolçunun buna görə son dərəcə qəzəbləndiyi bildirilir.
Hazırda işsiz olan Xavi 2021-2024-cü illər aralığında "blauqrana"nı çalışdırıb. O, komandaya rəhbərlik etdiyi dönəmdə La Liqanın və İspaniya Superkubokunun qalibi adını qazanıb.
Mirağa