
İngiltərədə baş məşqçi istefası reallaşıb.
Fanat.Az xəbər verir ki, "Vulverhempton" baş məşqçisi Rob Edvardsı istefaya göndərib.
"Qurdlar" bunu rəsmi saytı vasitəsilə açıqlayıb.
Uelsli çalışdırıcı komandanı 2025-ci ilin noyabr ayında təhvil almışdı.
43 yaşlı məşqçi "Vulverhempton"u Premyer Liqada saxlaya bilməyib. İngiltərə çempionatının 38 turundan sonra komanda sonuncu yerdə qərarlaşaraq Çempionşipə düşüb.