
Ötən gecə start götürən futbol üzrə 2026-cı il dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, mundialın ikinci oyun günündə daha bir matç baş tutub.
A qrupunda Cənubi Koreya və Çexiya milliləri üz-üzə gəliblər.
Dueldən asiyalılar qalib ayrılıblar. Cənubi Koreya əzmkar qələbəyə sevinib.
Qeyd edək ki, 3 ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi mundiala 19 iyulda yekun vurulacaq.
DÇ-2026
A qrupu, 1-ci tur
12 iyun
Cənubi Koreya – Çexiya 2:1
Qollar: Xvan İn-Bom, 67. Oh Hyeon-Gyu, 80 - Kreyçiy, 59.